Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sentyabrın 12-də Şamaxı rayonunda vətəndaşların müraciətlərini qəbul edib.
Komitədən Doğru.az-a verilən məlumata görə, görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra Şamaxı və Qobustan rayon sakinlərinin müraciətləri dinlənilib.
Qəbula gələnlərin müraciətləri əsasən alimentin ödənilməsi, uşaqla ünsiyyətin təmin olunması, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Komitənin məsul əməkdaşlarının iştirakı ilə hər bir müraciət fərdi qaydada araşdırılıb və qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
DOĞRU.AZ