Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
London, 12 sentyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti Rusiyanın gəlirlərini və hərbi təchizatını hədəfləyən 100 yeni sanksiya elan edib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, sanksiyalar arasında Rusiyanın neft daşıyan kölgə donanmasına məxsus gəmilər və elektronika şirkətləri də var. Bu qərar Böyük Britaniyanın yeni xarici işlər naziri İvet Kuperin Kiyevə səfəri zamanı açıqlanıb.
Sanksiyalara əsasən, Rusiyaya məxsus daha 70 neft tankeri siyahıya salınıb. Bundan əlavə, raket və digər silah sistemlərinin istehsalında istifadə olunan elektronika, kimyəvi maddələr və partlayıcıların tədarükündə iştirak edən 30 şirkət və şəxs də hədəfə alınıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.