RU

Türkiyənin COP31-ə namizədlik prosesi müzakirə edilib

Türkiyə ilə Azərbaycan arasında qardaş ölkənin COP31-ə namizədlik prosesi ilə bağlı məsləhətləşmələr aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum məlumat verib.

Nazir Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen ilə videokonfrans vasitəsilə görüş keçirdiklərini bildirib.

Murat Kurum açıqlamasında “COP31 namizədlik prosesi ilə bağlı məsləhətləşmələr apardıq, namizədliyimizlə bağlı qətiyyətimizi bir daha vurğuladıq. İqlim dəyişikliyi ilə mübarizəni ən yüksək siyasi iradə ilə davam etdirməyə, yaşıl inkişaf baxışımız çərçivəsində addımlar atmağa davam edəcəyik”, -deyə qeyd edib.

Избранный
16
3
yeniazerbaycan.com

4Источники