RU

Pilotsuz təyyarələr Primorskdakı ən böyük neft terminalına hücum edib

ain.az, Bizimyol saytına istinadən bildirir.

Sentyabrın 12-nə keçən gecə Rusiyanın Baltik dənizi sahilindəki əsas neft terminalı olan Primorska pilotsuz təyyarələr hücum edib.

Bizimyol.info xəbər verir ki, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, hücum nəticəsində yanalma gəmisi yanıb, lakin yanğın tez bir zamanda söndürülüb.

"Gəminin batması və ya neftin dağılması riski yoxdur" desə də, o, təfərrüatları açıqlamayıb.

Rusiya Müdafiə Nazirliyi gecə ərzində 221 Ukrayna pilotsuz təyyarəsinin tutulduğunu, onlardan doqquzu Moskva vilayətində vurulduğunu bildirdi. Primorsk Baltikyanı Rusiya neftinin və neft məhsullarının əsas daşınma məntəqəsidir.

"Bloomberg"in məlumatına görə, avqustda limandan gündəlik təxminən 330 min barel dizel yanacağı və 1,15 milyon barrel xam neft keçib. Bundan əlavə, liman kömür, gübrə və taxıl ixrac etmək üçün istifadə olunur.

Kiyev son həftələrdə Rusiyanın enerji infrastrukturuna zərbələri gücləndirərək, Moskvanın öz qoşunlarını yanacaqla təmin etmək qabiliyyətini sarsıtmağa, eyni zamanda onun ixrac gəlirlərinə zərər vurmağa çalışdığını bildirib.

Pilotsuz təyyarələr bundan əvvəl Volqaboyu və Rusiyanın cənubundakı neft emalı zavodlarına, həmçinin “Drujba” neft kəmərinin nasos stansiyasına hücum ediblər. Baltikyanı ixrac terminallarına zərbələr indiyədək nadir hallarda baş verib. Avqust ayında Novatek-in Ust-Luqada qaz emalı kompleksinə hücum nəticəsində zədələnmişdi.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
bizimyol.info

1Источники