RU

İrəvanda Türkiyə nümayəndəsinin səfərinə ETİRAZ: Daşnaklar küçələrə çıxdı - VİDEO

Ermənistan hökuməti binasının qarşısında bir qrup revanşist Türkiyə nümayəndəsi Sərdar Kılıcın səfərinə etiraz olaraq aksiya təşkil etməyə cəhd edib.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Məlumatda bildirilir ki, etirazın təşəbbüskarları “Daşnaksütyun” partiyasının gənclər qanadının üzvləridir. Kütləvi xarakter yaratmaq üçün aksiyaya uşaqları və məktəbliləri cəlb ediblər, lakin aksiya uğursuz olub.

İştirakçılar “Unutmayaq” şüarını səsləndirir, əllərində “1915” rəqəmi yazılmış plakatlar və Bakıda həbsdə olan ermənilərin (terrorçuların) fotolarını tutublar.

Onlar Ermənistan hakimiyyətinin Ankara ilə münasibətlərin normallaşdırılması siyasətini “antimilli” adlandırıblar.

Musavat.com

Избранный
91
1
musavat.com

3Источники