RU

Bu tarixdən Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün DövlətProqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan RespublikasıPrezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamıilə təsdiq edilmiş “Dövlət Proqramının həyata keçirilməsinə dairTədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təminetmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərininaltından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq. Busəbəbdən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY)Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarınınfəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlarBakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edəcək.

Bununla əlaqədar olaraq, sərnişin tələbatını təmin etməkməqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edənqatarlar 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkətcədvəli ilə xidmət göstərəcək.

Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvimarşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılacaq.Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayıiş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrəisə 56-dan 64-ə artırılacaq.

Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayıqeyri-iş günləri isə 16-dan 22-yə çatdırılacaq,Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinəyetiriləcək.

Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır.Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan–Bakıxətti üzrə əlavə reyslərin təşkil olunması sərnişinlərin buistiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda,Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılmasısərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.

Ümumilikdə bu dəyişikliklərin sərnişin daşımalarında 10%-likartıma səbəb olacağı gözlənilir.

Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY tərəfindənAbşeron dairəvi dəmiryol xəttində infrastrukturunsağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təminedilməsi məqsədilə Bakı–Keşlə sahəsində “Bağırov körpüsü” kimitanınan ərazidə əsaslı təmir işləri aparılıb. Təmir işləriçərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj borularıquraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolundaasfalt qatı yenilənib, yeni bordürlər qoyulub ki, bu dainfrastrukturun dayanıqlılığını daha da möhkəmləndirilib.

Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmirişləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahatçatdırılmasına xidmət edir.

Избранный
18
19
az.trend.az

10Источники