RU

Sentyabr ayında maqnit qasırğaları bu tarixlərdə olacaq

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Sentyabr ayının ikinci on günlüyünün əvvəlindən etibarən Günəş səthində fəallıq müşahidə olunur.

Milli.Az xəbər verir ki, qarşıdakı günlərdə bu aktivlik Yerə də təsir göstərəcək bir sıra bölgələrdə maqnit qasırğalarının təsirləri hiss oluna bilər.

Maqnit qasırğalarının təqvimi belədir:

12 sentyabr - Kp-3 səviyyəsində zəif maqnit dalğalanmaları gözlənilir. Bəzi insanlarda yüngül narahatlıq və halsızlıq yarana bilər.

13 sentyabr - Gün ərzində maqnit sahəsi sabit olacaq, hər hansı ciddi təsir proqnozlaşdırılmır.

 14 sentyabr - Kp-4 göstəricisi ilə orta səviyyəli maqnit fəallığı mümkündür. Həssas insanlar yüngül baş ağrısı və yorğunluq hiss edə bilər.

 15 sentyabr - Kp-5 səviyyəsində, yəni G1 kateqoriyasında güclü maqnit qasırğası gözlənilir. Meteohəssas şəxslər üçün əhval-ruhiyyə dəyişiklikləri, yuxusuzluq və qan təzyiqində fərqlər müşahidə oluna bilər.

Alimlər bu tip günlərdə sağlamlığa xüsusi diqqət yetirilməsini, bol su içməyi və stressdən uzaq qalmağı tövsiyə edirlər.

Asya

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
2
news.milli.az

3Источники