RU

AFFA nın Santuşa ödədiyi kompensasiyanın məbləği açıqlandı

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl AFFA milli komandanın baş məşqçisi Fernandu Santuşu istefaya göndərib. Belə olan halda təbii ki, müqavilə federasiya tərəfindən pozulduğu üçün qurumun portuqaliyalı mütəxəssisə kompensasiya ödəməsi labüd idi.

Bəs görəsən AFFA Fernandu Santuşa nə qədər pul ödəyib?

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Santuş AFFA-dan 2 milyon avro vəsait tələb edib.

Bu pulu ödəmək istəməyən federasiya rəsmiləri danışıqlardan sonra məbləği aşağı salmağı bacarıblar. Yekunda portuqaliyalı mütəxəssislə 1 milyon 400 min avro qarşılığında anlaşma əldə olunub.

Məhz bundan sonra Santuş yığmadan ayrılmağa qərar verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
11
azpolitika.info

10Источники