RU

“Azərbaycan vətəndaşları da bu prosesin hədəfinə çevrilə bilər” - POLİTOLOQ AÇIQLADI

“Rusiyada əcnəbilərə qarşı ayrı-seçkiliyə və zorakılığa əsaslanan münasibətin formalaşması faktı artıq bir müddətdir ki, xüsusilə diqqət çəkən məsələyə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, ilk növbədə onu qeyd etmək lazımdır ki, bu məsələ rəsmi Kremlin etnik və dini zəmində ayrı-seçkiliyin təşviq edilməsi siyasətinin tərkib hissəsi olaraq dəyərləndirilməlidir:

“Rusiya Federasiyasının müvafiq qanunlarına uyğun olaraq ölkə ərazisində qeyri-qanuni şəkildə yaşayan və ya işləyən əcnəbilər bu prosesin ilk hədəfi olsa da, qanuni çərçivədə yaşamaq və işləmək icazəsi olan insanlara qarşı da oxşar münasibətin tətbiq olunacağı ehtimalı heç bir halda istisna edilə bilməz. Son zamanlarda etnik azlıqlara, xüsusilə də diaspora nümayəndələrinə və sahibkarlara qarşı tətbiq olunan zorakılıq aktları və qeyri-insani rəftar buna bariz nümunədir. Təbii ki, Rusiya ərazisində yaşayan yüz minlərlə Azərbaycan vətəndaşları arasında hüquqi statusunu müxtəlif səbəblərlə itirmiş şəxslərin olması istisna deyil. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, deportasiya tədbirlərinin artması fonunda bu kateqoriyaya aid olan Azərbaycan vətəndaşları da bu prosesin hədəfinə çevrilə bilər”

Müəllif: Arzu Qurbanlı
Избранный
6
sia.az

1Источники