RU

Vladimir Putin 4 ölkənin vətəndaşlarına güzəşt edib

Prezident Vladimir Putin Rusiyaya könüllü köçürülməyə yardım üzrə dövlət proqramına dəyişiklik edib. İndi Belarus, Qazaxıstan, Moldova və ya Ukrayna vətəndaşı olan həmvətənlərin rus dilini bilmələrini təsdiqləməyə ehtiyac yoxdur. Bu proqramda ümumi qaydada iştirak etmək istəyən repatriantlara da oxşar güzəştlər edilib.

Dövlət başçısının imzaladığı fərman sentyabrın 8-də dərc edilib.Həmin sənəd Rusiyaya köçürülmə proqramı çərçivəsində potensial repatriantların siyahısını genişləndirib — siyahıya “DXR”, “LXR”, Ukraynanın Zaporojye və Xerson vilayətlərinin ərazilərində doğulmuş və əvvəllər yaşamış şəxslər də əlavə edilib.

Bundan əlavə, rus dilini bilməni təsdiq etməyə imkan verəcək sənədlərin siyahısı genişləndirilib. Dəyişikliklər həmçinin repatriantlara və onların ailə üzvlərinə mənzil, peşə təhsili, məşğulluq və s. kimi regional köçürmə proqramları çərçivəsində maliyyə və sosial dəstək üçün müraciət etmək imkanı verəcək.

Xaricdə yaşayan həmvətənlərin Rusiyaya könüllü köçürülməsinə yardım proqramı 2006-cı ildə təsdiq edilib və 2013-cü ildən daimi proqram kimi tanınıb. Proqramın məqsədi SSRİ-nin dağılmasından sonra Rusiyadan kənarda yaşayan insanlara geri qayıtmağa kömək etməkdir. 

2024-cü ildə 31,7 min insan köçürmə proqramından yararlanıb ki, bu da son 14 ildə ən aşağı göstəricidir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
40
azerbaijan-news.az

1Источники