RU

“Neftçi”dən AÇIQLAMA: “0nunla bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir”

"Aleks Fernandes hazırda əsas komanda ilə birlikdə məşqləri davam etdirir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı deyib.

Onun bildirdiyinə görə, braziliyalı yarımmüdafiəçinin əvəzedici heyətə göndərilməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.

«Neftçi» cari ilin əvvəlində «Baltika»dan icarəyə götürdüyü Aleks Fernandeslə bağlı qərarını verib. Braziliyalı mövsümün ikinci yarısında yenidən Rusiyaya qaytarılacaq.

Bakılılar adıçəkilən vingerin transfer hüququna yiyələnmək istəsə də, o, müqavilə imzalamaqdan imtina edib.

«Sambaçı» başqa variantları nəzərdən keçirdiyini deyərək, «ağ-qaralar»ın çağırışına eyni reaksiyanı göstərməyib.

Halbuki «Baltika» Aleks Fernandes lə yollarını ayırmağa hazırdır. Rusiya klubu Bakıdan aldığı sorğuya müsbət cavab verib.

Kalininqrad təmsilçisi legionerin «ağ-qaralar»ın tamhüquqlu üzvü olmasına etiraz etmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Bakılıların məqsədi iştirak ərizəsində artıq yer tutulmasının qarşısını almaqdır. Adıçəkilən vingerin icarə kontraktı qışda bitəcəyindən, klubda mövsümün ikinci yarısıyla bağlı narahatlıq var.

«Neftçi» tərəfi düz düşünür: əgər legioner çempionatın gedişində geri qayıdacaqsa, niyə onu Peşəkar Futbol Liqasına sifariş eləyib, iştirak ərizəsində yer sayyını məhdudlaşdırsın?

Hazırda düşərgədə 16 legionerin olmasını nəzərə alan «ağ-qaralar» bu sayı 13-ə endirməyi düşünür. O üzdən Aleks Fernandes hələlik iştirak ərizəsindən kənarda qalıb.

Избранный
4
3
sportinfo.az

7Источники