RU

“Makron getməlidir”: Fransada etirazlar getdikcə güclənir…

…Fransada yüzdən çox deputat Emmanuel Makronun istefasına səs verib. İmpiçment genişmiqyaslı ictimai etirazlar fonunda baş tutub.

O cümlədən, “Fransa əyilməmiş” partiyasından olan 104 deputat, həmçinin Yaşıllar və Kommunist Partiyasının nümayəndələri prezidentin vəzifədən uzaqlaşdırılması təşəbbüsünü imzalayıblar.

SİA-nın məlumatına görə, bu barədə partiyanın lideri Mathilde Panno sosial şəbəkəsində yazıb.

O, bunu “tarixi hadisə” adlandırıb və qeyd edib ki, deputatlar 10 sentyabr hadisələrindən sonra hərəkətə keçmək qərarına gəliblər.

Onun sözlərinə görə, “Makron getməlidir”.

Xatırladaq ki, sentyabrın 10-da bütün ölkədə “Hər şeyi bloklayın” şüarı altında böyük etiraz aksiyaları keçirilib. İnsanlar hökumətin iqtisadi siyasətindən və büdcə ixtisarından narazıdırlar - mitinqlər zamanı küçələri bağlayıb, zibil qutularını yandırıb, polislə toqquşma olub.

Bütün bunlar gərgin ab-hava yaradıb, hakimiyyətə, o cümlədən prezidentə təzyiqləri artırıb. Emmanuel Makronun reytinqi fiaskoya uğrayır - son aylarda ona olan inam səviyyəsi onun bütün prezidentliyi dövründə ən aşağı göstəricilərdən birinə çevrilib.

Ifop sorğularına görə, fransızların cəmi 26-28 faizi Makronun siyasətini müsbət hesab edir, 70 faizdən çoxu isə ölkənin idarəçiliyindən narazıdır.

Prezidentin mövqeyi xüsusilə 2023-cü il pensiya islahatı və yeni qənaət tədbirlərindən sonra sarsılıb.

Əli Babayev

Избранный
9
1
sia.az

2Источники