RU

Kukla Teatrı Qazaxıstandakı festivalda iştirak edir

Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstan Respublikasında keçirilən beynəlxalq teatr festivalının iştirakçısıdır.

Kulis.az xəbər verir ki, "Aktau - Türk Dünyasının Mədəniyyət Paytaxtı" layihəsi çərçivəsində keçiriləcək "NOMAD PUPPET" adlı I Beynəlxalq Kukla Teatrları Festivalı 9-14 sentyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Manqistau vilayətinin Aktau şəhərində keçirilir.

Sentyabrın 10-da festivalın təntənəli açılış tədbiri baş tutub.

Kuklaçılarımız münsiflər heyəti və teatrsevərlər qarşısında "Yalquzaq" tamaşasını uğurla nümayiş etdirərək alqışlarla qarşılanıblar.

Qeyd edək ki, tədbir Türk Dünyası Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

Избранный
7
1
kulis.az

2Источники