RU

Türkmənistan: Nəqliyyat dəhlizləri iqtisadi əlaqələri gücləndirə bilər

BAKI, 12 sentyabr. TELEQRAF

Türkmənistanın ATƏT-dəki nümayəndə heyəti Avaza sahil şəhərində Türkmənistanın ev sahibliyi etdiyi BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının (LLDC3) nəticələrini iştirakçı dövlətlərin diqqətinə çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Avaza Fəaliyyət Proqramının qəbulu dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin inkişaf prioritetlərinin irəlilədilməsi üçün mühüm mərhələ oldu. Proqram nəqliyyat və ticarət əlaqələrini gücləndirmək, enerji və rəqəmsal əməkdaşlığı təşviq etmək, iqlim dəyişikliyinə davamlılığı artırmaq və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün konkret tədbirləri müəyyən edir”, - nazirlik bildirib.

Türkmənistan ATƏT ilə praktiki əməkdaşlıq üçün bir neçə əsas istiqamətləri, o cümlədən regional nəqliyyat dəhlizləri vasitəsilə iqtisadi əlaqələr və ticarətin gücləndirilməsini vurğulaylb.

Nümayəndə heyəti qeyd edib ki, Avaza Proqramının icrası ATƏT-in səylərini tamamlamaq, regional sabitliyi, davamlı inkişafı və iqtisadi inteqrasiyanı təşviq etmək üçün praktiki çərçivə yaradır.

Həmçinin Aşqabad regional və qlobal səviyyədə çoxtərəfliliyə, konstruktiv əməkdaşlığa, sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqinə sadiqliyini bir daha təsdiqləyib.

Избранный
45
teleqraf.com

1Источники