RU

Solovyova sui-qəsd planlaşdırdığına görə saxlanıldı

Rusiyalı telejurnalist Vladimir Solovyova qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Gundem.az xəbər verir ki, bu barədə Solovyov teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində 36 yaşlı şəxsi saxlayıb.

Onun Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə 2024-cü ilin aprelindən 2025-ci ilin iyununa qədər jurnalistə sui-qəsd etməyə hazırlaşdığı iddia edilir. Həmçinin bildirilir ki, o buna görə dəfələrlə Moskvaya gedib, Solovyovla bağlı məlumat toplayıb.

Məlumatda deyilir ki, istintaq həmin şəxsin Ulyanovska qayıtdıqdan sonra hərbi sənaye obyektlərinin yerləşdiyi ərazilər haqqında da məlumat topladığını müəyyən edib.

Saxlanılan şəxs barəsində cinayət işi açılıb, onu 20 ilə qədər həbs gözləyir.

Fotoda: Vladimir Solovyov

 

Избранный
11
2
gundem.az

3Источники