RU

Azərbaycanın turizm imkanları Yaponiyada tanıdılıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiyanın paytaxtı Tokio şəhərində ölkəmizin turizm potensialının tanıdılması məqsədilə şəbəkələşmə tədbiri təşkil olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirə media qurumlarının, turizm agentliklərinin, eləcə də “All Nippon Airways (ANA)” və “Qatar Airways” kimi beynəlxalq aviaşirkətlərin nümayəndələri daxil olmaqla, 60-dan çox iştirakçı qatılıb.

Proqram çərçivəsində media və turizm sənayesi nümayəndələri üçün Azərbaycanın turizm potensialı haqqında təqdimat keçirilib.

Tədbir zamanı B2B formatlı görüşlərdə yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
5
azertag.az

6Источники