RU

Yuxusuzluğun hansı fəsadları var? Açıqlama

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son dövrlərin aktual mövzularından biri də yuxu rejiminin düzgün olmamasıdır. Bəzən yuxu saatları tam fərqli bəzən isə çox qısa müddətli olur.

Bəs yuxusuzluğun hansı fəsadları var? Yuxu nə dərəcədə önəmlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-terapevt Günay Lətifova bildirdi ki, yuxu insan orqanizminin inkişafı üçün çox vacib amildir.

"Ümumiyyətlə, yetkin bir insan gündə 7-8 saat minimum yuxu yatmalıdır ki, onun gecələr ifraz olunan melatonin hormonu ifraz olunsun, melatonin də yuxu hormonudur. Bu hormon kifayət qədər ifraz olunmadıqda, söhbət fiziki görünüşdən gedirsə, fiziki görünüşdə sallanmalar, üzdə artıq kollagen ifrazının azalması baş verir. Bu da dərinin qırışmasına, daha tez qocalmasına gətirib çıxarır. Daxili baxışdan söhbət gedirsə, təbii ki, hormonlar əgər ifraz olunmursa, bu da digər hormonlara təsir göstərir və orqanizm disfunksiya yaşayır. Uşaqlarda da təbii ki, bu vacib amillərdən biridir. Düşünürəm ki, uşaqlarda hər kəs buna diqqət edir. Böyüklərdə həyat tərzi, stres, iş rejimi və s. səbəblərdən buna çox da diqqət edilmir. Bu, çox vacib amildir".

Onun sözlərinə görə, yuxu yatmadıqda orqanizm kifayət qədər dincələ bilmir:

"Orqanizm aktiv qalır və bu da gün içində stresə, əsəbə, gərginliyə səbəb olur. Bir sözlə, orqanizmdə başdan ayağa disbalans yaranır. Yuxunun taraz olması üçün mədənin və orqanizmin sakit qalmasına ehtiyacı var. Ümumiyyətlə, yatmazdan dörd saat əvvəldən artıq qidamızı kəsməliyik. Biz deyə bilmərik “saat altıdan, yeddidən sonra yemə". Çünki bəzi insanlar üçün həyat altıdan sonra başlayır, bəzisi üçün saat səkkizdən sonra başlayır. Ona görə biz bu sözü deyə bilmərik. Qida rasionunda sadəcə buna diqqət etmək lazımdır ki, yatmazdan dörd saat əvvəldən artıq qida qəbulu yekunlaşdırılsın. İki saat əvvəldən də artıq su qəbulunu yekunlaşdırsınlar ki, rahat bir yuxu yata bilsinlər.

Həkim qeyd etdi ki, sağlam qida, sağlam həyat tərzi, açıq havada yürüyüş hər biri yuxunu tarazlamağa, stabilləşdirməyə gətirib çıxarır.

"Gecə yuxusu çox vacibdir. Yəni “gecə yatmayım, gündüz onsuz da yatıram” söhbəti deyil. Çünki melatonin hormonu gecə ifraz olunur", - deyə Günay Lətifova vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
redaktor.az

2Источники