RU

KİV: İsrail bir müddətdir Qahirədə HAMAS liderlərini öldürməyə cəhd göstərir

Misir öz ərazisində HAMAS liderlərinin öldürülməsinə cəhdlər aşkar edib.

APA xəbər verir ki, bu barədə Misir rəsmiləri “Middle East Eye”a danışıb.

Bildirilib ki, İsrail Qahirədə HAMAS liderlərini hədəf alacağı təqdirdə, Misir tam güclə bu addıma cavab verəcək.

“Kəşfiyyat hesabatları göstərir ki, İsrail bir müddətdir Qahirədə HAMAS liderlərini öldürməyə cəhd göstərir. Misir torpağında HAMAS liderlərinin həyatına qarşı hər hansı bir sui-qəsd təşəbbüsü suverenliyin pozulması kimi və İsrail tərəfindən müharibə elanı kimi qiymətləndiriləcək. Biz buna cavab verməkdən çəkinməyəcəyik”, - anonim Misir rəsmisi qeyd edib.

Misir rəsmisi əlavə edib ki, hazırda Sinay yarımadasında Çin havadan müdafiə sistemi quraşdırılır. Burada məqsəd hər hansı bir uçuş aparatının icazəsiz və aşkarlanmadan hava sahəsini keçməsini qeyri-mümkün etməkdir.

Xatırladaq ki, bir neçə gün əvvəl İsrail Qətərin paytaxtı Dohada HAMAS rəsmilərinin olduğu obyektə zərbə endirib.

Избранный
22
8
apa.az

9Источники