RU

Rusiyalı ər-arvad Gürcüstanda 8 il yarım müddətinə həbs olundu

TBİLİSİ, 12 sentyabr. TELEQRAF

Tbilisi Şəhər Məhkəməsi Rusiyadan olan ər-arvad — Anastasiya Zinovkina və Artyom Qribuliyanın hər birini 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, ötən ilin dekabrında Tbilisidə keçirilən etiraz aksiyasında saxlanılan cütlük narkotik cinayətkarlığında ittiham olunurdular.

Onların üzərilərində və evlərində aparılmış axtarış zamanı 16 qram narkotik maddə aşkarlanıb.

Rusiya vətəndaşları günahsız olduqlarını bildiriblər. Onların sözlərinə görə, həbsləri Gürcüstanda hökumət əleyhinə aksiyalarda iştirak etmələri ilə bağlıdır.

Qeyd edək ki, bu yaxınlarda Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə daha bir Rusiya vətəndaşı Anton Çeçin də eyni ittihamla eyni müddətə həbs edilib.

Избранный
6
teleqraf.com

1Источники