RU

Türkiyə və Ermənistan bu məsələlərdə razılığa gəldilər

İrəvan və Ankara Gümrü-Qars dəmir yolu xəttinin və elektrik ötürücü xəttinin bərpası və işə salınması ilə bağlı texniki araşdırma aparmaq barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın İrəvanda keçirilən görüşündə bildirilib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, həmsöhbətlər əvvəlcədən əldə edilmiş razılaşmaları təsdiqləyib, ikitərəfli münasibətlərin ilkin şərt olmadan tam normallaşması prosesini irəli aparmaq niyyətini vurğulayıblar. Sərhədin açılması ilə bağlı 2022-ci il iyulun 1-də əldə edilmiş razılaşmanın həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Nümayəndələr hava nəqliyyatının genişləndirilməsi perspektivlərinə də toxunublar. 2026-cı ilin yayından etibarən digər aviaşirkətləri də cəlb etməklə yeni marşrutların açılması planlaşdırılır ki, bu da iki ölkə arasında uçuşların sayını artıracaq.

Избранный
24
unikal.az

1Источники