RU

Türkəçarə, xalq təbabəti, ümid... Müasir tibbdə dərmansız şəfa tapmaq mümkündürmü?

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bəzən bədənimizi sağaltmaq üçün dərmanlara, şərbətlərə sarılırıq. Artıq insanlar bilir ki, şəfa sadəcə dərmanlardan gəlmir. Bəli, məhz şəfa. Keçmişdə müalicə görülən yerə şəfaxana deyilərkən, ancaq indi xəstəxana deyilir. Həmin xəstəxanalar ki, insanlar dərdinə əlac tapsın deyə ora ayaq döyürlər.

Təəssüf ki, bəzi həkimlər insanların sağlığı ilə oynayırlar. Dərman siyahısını verirlər əllərinə, vəssəlam. Xəstə insanlar dərmanları hər gün bir neçə dəfə qəbul edir. Ancaq sonrasında dərmanları qəbul etmək istəmir, bezirlər...

Bir tərəfdən xəstəlik sağalmır, hətta irəliləyir, həm də baha olduğu üçün insanlar keçmişdəki kimi bir az məcburiyyətdən, bir az da imkansızlıqdan el arasında "türkəçarə", eyni zamanda "xalq təbabəti" deyilən nəsillər boyunca ötürülən biliklərə əsaslanan müalicəyə keçirlər.

Bizim bədii filmlərimizdə, nağıllarımızda hər zaman "türkəçarə" barədə eşitmişik, oxumuşuq. Burdan da görünür ki, nənələrimiz, babalarımız özlərini məhz belə təbii vasitələrlə sağaldıb, dərmana o qədər də üstünlük verməyiblər. İndiki zamanda da türkəçarə ilə sağalanlar az deyil.

Mən uşaq idim, heç məktəbə getmirdim, o dönəmlər babamdan eşitdiyim məşhur resepti xatırlayıram: sarımsaq və limon qarışımı. Qoxusu xoş olmasa da, o resepti istifadə edənlər çox idi. Babam can həkimi idi. O da xəstələrinə müalicədə dərman və iynədən istifadə edirdi, ancaq o qarışımı evdən əskik etmirdi. Bitdikcə yenidən düzəldirdi.

Artıq hər kəs bilir ki, dərmanların insanı sağaltmaq kimi bir xüsusiyyəti varsa, ziyanlı tərəfləri də var. İnsanların qəbul etdiyi dərmanlar orqanları sıradan çıxarır və bəzən asılılıq yaradır, eyni zamanda immun sistemini də aşağı salır.

Təəssüf ki, ölkədə satılan bəzi dərmanlarla xaricdə satılan dərmanların arasında yerlə göy qədər fərq olduğunu çoxumuz bilirik. Həm qiymətdə fərq var, həm də dərmanın tərkibində. Bu da tamam ayrı mövzudur. “Bu xəmir hələ çox su aparacaq”...

Dərmandan qaçsan və qədim müalicə üsulları axtarsan, o qədər var ki... Bitkilərlə, zəliterapiya, həcəmət, akupunktura - (iynə batırmaq mənasını verən, bədənin xüsusi nöqtələrinə nazik, steril iynələrin sancılması ilə aparılan bir müalicə növüdür red) nöqtələrlə müalicə. Ancaq bu müalicələri həyata keçirmək üçün birinci düzgün araşdırmaq və davamında səbrli olmaq lazımdır. Həmçinin, bu üsullarla sağlamlığın bərpa olunacağına inanmaq önəm daşıyır. Sağalmağa ümid olmalıdır.

Sağ olun, sağlam qalın...

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
icma.az

1Источники