"Santos"un ulduz futbolçusu Neymar son günlərdə dizində ağrı hiss etdiyini klub rəhbərliyinə bildirib.
Fanat.Az xəbər verir ki, buna görə də braziliyalı hücumçu süni örtüklü meydançalarda keçiriləcək oyunlarda forma geyinməyəcək.
Klub həkimləri futbolçunun sağlamlığını riskə atmamaq üçün bu qərarın verildiyini təsdiqləyiblər. Neymarın yalnız təbii ot örtüyündəki qarşılaşmalarda komandasına dəstək verəcəyi vurğulanır.
Bu addım ulduz futbolçunun bərpası və zədələnmə riskinin minimuma endirilməsi üçün atılıb.
Kamil Xudiyev