RU

Aİ Rusiya və Belarus diplomatlarından Polşaya dron hücumuna görə izahat istəyib

Avropa İttifaqı Brüsseldə Rusiya və Belarus nümayəndələrini Polşa ərazisinə Rusiyaya məxsus dronların "qəsdən və təhlükəli" şəkildə daxil olmasına etiraz olaraq izahat üçün çağırıb.

 

Sitat.info xəbər verir ki, bu barədə AFP agentliyi Aİ nümayəndəsinə istinadən məlumat verib.

 

"Biz aydın şəkildə bildirdik ki, bu məsuliyyətsiz hərəkət Rusiyanın ciddi eskalasiyaya getdiyini göstərir və Aİ vətəndaşlarının təhlükəsizliyinə birbaşa təhdiddir”, – Aİ rəsmisi qeyd edib.

 

Bundan əvvəl, İsveç, İspaniya, Niderland və Çexiya da ayrılıqda öz paytaxtlarında Rusiya səfirliklərinin rəhbərlərini izahat üçün öz xarici işlər nazirliklərinə dəvət ediblər.

Избранный
22
3
sitat.info

4Источники