Milli.Az xəbər verir ki, qarşıdakı günlərdə bu aktivlik Yerə də təsir göstərəcək bir sıra bölgələrdə maqnit qasırğalarının təsirləri hiss oluna bilər.
Maqnit qasırğalarının təqvimi belədir:
12 sentyabr - Kp-3 səviyyəsində zəif maqnit dalğalanmaları gözlənilir. Bəzi insanlarda yüngül narahatlıq və halsızlıq yarana bilər.
13 sentyabr - Gün ərzində maqnit sahəsi sabit olacaq, hər hansı ciddi təsir proqnozlaşdırılmır.
14 sentyabr - Kp-4 göstəricisi ilə orta səviyyəli maqnit fəallığı mümkündür. Həssas insanlar yüngül baş ağrısı və yorğunluq hiss edə bilər.
15 sentyabr - Kp-5 səviyyəsində, yəni G1 kateqoriyasında güclü maqnit qasırğası gözlənilir. Meteohəssas şəxslər üçün əhval-ruhiyyə dəyişiklikləri, yuxusuzluq və qan təzyiqində fərqlər müşahidə oluna bilər.
Alimlər bu tip günlərdə sağlamlığa xüsusi diqqət yetirilməsini, bol su içməyi və stressdən uzaq qalmağı tövsiyə edirlər.