RU

Belarusda “Zapad-2025” strateji təlimləri başlayıb

12 sentyabr tarixində Belarusda Belarus və Rusiya Silahlı Qüvvələrinin birgə strateji təlimləri – “Zapad-2025” start götürüb.

Editor.az xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlimlər 16 sentyabra qədər davam edəcək və həm Belarus, həm də Rusiya ərazisindəki poliqonlarda keçiriləcək.

Təlimlərin əsas məqsədi qərargahlar və idarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, aqressiyanın qarşısının alınmasında komandanlıq təcrübəsinin təkmilləşdirilməsi, habelə birgə əməliyyatlar vasitəsilə təhdidlərin neytrallaşdırılması və İttifaq Dövləti sərhədlərində sabitliyin təmin olunmasıdır.

//Samir Qurbanov, Editor.az

Избранный
16
editor.az

1Источники