RU

Kirki öldürən şəxsi polisə atası təslim edib - FOTO

ABŞ prezidenti Donald Trampın tərəfdarı, siyasətçi Çarli Kirki öldürməkdə şübhəli bilinən 22 yaşlı Yuta sakini Tayler Robinson sentyabrın 11-də saxlanılıb və hazırda dindirilir.

"Unikal" xəbər verir ki, Amerika mediasının məlumatına görə, o, törətdiyi cinayəti atasına etiraf edib və ata oğlunu evindən bağlayaraq aidiyyəti qurumlara məlumat verib.

Donald Tramp daha əvvəl demişdi ki, şübhəli şəxs ona yaxın biri tərəfindən “təslim edilib”.

Yuta qubernatoru Spenser Koks bildirib ki, qatil olduğu iddia edilən şəxsdən Çarli Kirki vurduğu silahla yanaşı, "Hey, faşist, tut" yazıları olan patronlar tapılıb.

Избранный
33
22
unikal.az

10Источники