“İlk oyunda məğlub olmağımız bundan sonra bu cür davam edəcəyinə işarə ola bilməz”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Emmanuel Addai deyib.
Qanalı yarımmüdafiəçi “bu çempionat sanki daha gərgin keçəcək” fikrinə bu cür münasibət göstərib:
“Biz “Qarabağ”ıq və nə edəcəyimizi yaxşı bilirik. Gərginliyin olması isə normaldır.
Bundan yalnız zövq almaq olar. Hər şüyin bizim üçün yaxşı alınacağımıza inanıram. Bütün komandamız uğura köklənib”.