RU

Ələt-Astara avtomobil yolunda təmzlik işləri » AzadMedia.az


Ələt-Astara avtomobil yolunun Masallı rayonundan keçən hissəsində mütəmadi olaraq təmizlik və abadlıq işləri həyata keçirilir.

Belə ki, 12 sentyabr 2025-ci il tarixdə Ələt-Astara avtomobil yolunun Təzə Alvadı ərazisindən keçən hissəsində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü ilə 11 saylı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi və Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları təmizlik aksiyası keçirilmişdir.

16 nəfərin iştirak etdiyi təmizlik aksiyasında sözügedən ərazidən 125 kq-a qədər plastik və bərk məişət tullantıları yığılaraq aidiyyəti üzrə Masallı şəhəri ərazisində yerləşən tullantı poliqonuna daşınmışdır.

Masallı rayonunun bütün yaşayış məntəqələrində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam etdirilir.

Rayon sakinlərindən məişət tullantılarını yalnız nəzərdə tutulan yerlərə atmaları və rayonumuzun təmizliyinin qorunmasına diqqət göstərmələri xahiş olunur.
Избранный
14
1
azadmedia.az

2Источники