Misli Premyer Liqası 1 həftəlik fasilədən bu gün geri qayıdır.
Offsideplus.az xəbər verir ki, IV turun açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı qəbul edəcək.
"Kəpəz" ilk 3 turda xal qazana bilməyib. Naxçıvan təmsilçisinin aktivində isə 7 xal var.
Tərəflər arasında ötən mövsüm keçirilən 4 görüşün 2-də "Araz-Naxçıvan" qələbə qazanıb, 2-si isə heç-heçə başa çatıb.
Misli Premyer Liqası, IV tur
12 sentyabr (cümə)
17:45. "Kəpəz” - “Araz-Naxçıvan” 0:2 (ikinci hissə)
Qol: Slavik Alxasov, 65, Bar Kohen 86
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu