RU

"Terrorsuz Türkiyə" prosesi ölkənin inkişafına xidmət edəcək - TBMM sədri

BAKI, TurkicWorld, Səməd Əyyubov

“Terrorsuz Türkiyə” prosesi ölkənin inkişafına, şərq ilə qərb arasında ümumi zənginləşməyə və rifaha xidmət edəcək.

TurkicWorld xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş səsləndirib.

O bildirib ki, terror probleminin tamamilə aradan qaldırılması yalnız təhlükəsizlik tədbirləri ilə mümkün deyil. Bu, çoxşaxəli və hərtərəfli yanaşma tələb edən prosesdir. Kurtulmuş, həmçinin cəmiyyətin müxtəlif təbəqələrinin dinlənməsinin vacibliyini vurğulayıb, eyni zamanda sürətli addımların atılmasının da zəruriliyini qeyd edib.

Qeyd edək ki, “Terrorsuz Türkiyə” prosesi çərçivəsində TBMM-də yaradılan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının 9-cu iclasında iş dünyasını təmsil edən bir sıra təşkilat rəhbərləri dinlənilib. Kurtulmuş çıxışında göstərilən dəstəyə görə təşəkkür edib və iclasların komissiyanın fəaliyyət nəticələri baxımından ümidverici olduğunu söyləyib.

TBMM sədri əlavə edib ki, 2013-cü ildə aparılan hesablamalara görə, terrorun Türkiyəyə maliyyəti 1,2 trilyon dollar civarında olub. Onun sözlərinə görə, terror yalnız borclanma xərclərini artırmayıb, həm də turizmə, kənd təsərrüfatına, heyvandarlığa və investisiya mühitinə ciddi ziyan vurub.

Избранный
16
turkic.world

1Источники