"Mançester Siti" gənc futbolçusu Riko Lyuis müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı cinah müdafiəçisinin sözləşməsi 2030-cu ilin yayına kimi artırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
R. Lyuis artıq 3 ildir "şəhərlilər"in əsas komandasında çıxış edir. O, bu müddətdə 97 oyuna çıxıb və 5 qol vurmağı bacarıb.