Misli Premyer Liqası 1 həftəlik fasilədən geri qayıdıb.
Offsideplus.az xəbər verir ki, IV turun açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı qəbul edib..
"Kəpəz" uğursuz seriyanı dayandıra bilməyib. Onlar ardıcıl 4-cü görüşdə də məğlub olub.
"Araz-Naxçıvan" qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb və xalını 10 edib. Onlar liderliyə yüksəlib.
Günün 2-ci oyunu bir azdan başlayacaq. "Qarabağ" "Zirə"ni qəbul edəcək.
Misli Premyer Liqası, IV tur
12 sentyabr (cümə)
17:45. "Kəpəz” - “Araz-Naxçıvan” 0:2
Qollar: Slavik Alxasov, 65, Bar Kohen 86
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu