RU

Qusarda uşaq hüquqlarının müdafiəsinə dair müzakirələr aparıldı

ain.az bildirir, Bizim media portalına istinadən.

Bu gün Qusar Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin nəzdində fəaliyyət göstərən komissiya əməkdaşlarının iştirakı ilə iclas keçirilib.Qusar Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, iclasda uşaq hüquqlarının müdafiəsi və qəyyumluq və himayəçilik komissiyalarının, həmçinin az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyanın fəaliyyət istiqamətləri, qarşıdakı dövr üçün nəzərdə tutulan işlərin müzakirəsi həyata keçirilib.Müzakirələr zamanı komissiyaların fəaliyyət istiqamətlərinə aid olan uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması, tərbiyəsi, təhsil alması və bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.Yekunda icra başçısı tərəfindən komissiyaların fəaliyyətinin daha səmərəli təşkili, qarşıya qoyulmuş hədəflərin ardıcıl şəkildə icrası ilə bağlı tapşırıq və tövsiyələr verilib.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
bizim.media

2Источники