RU

Elmar Baxşıyev: “Kəpəz” sonuncu yerdə olsa da…”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 4-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi Qəbələdə baş tutmuş səfər oyunundan 2:0 hesablı qələbə ilə ayrılıb.

Elmar Baxşıyev matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. “Kəpəz” sonuncu yerdə olsa da, keyfiyyətli, təhlükəli oyunçuları var. Komanda olaraq yaxşı iş ortaya qoya bildik. Amma daha da yaxşı olmalıyıq. Sərəncamımda olan futbolçuların hamısı keyfiyyətlidir. Rəqibin müdafiəsini də nəzərə almaq lazımdır. Hücum oyunçularımız bu gün yaxşı idilər. Öz üzərlərinə düşəni etməyə çalışdılar”.

“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Əvvəlki oyunlara baxanda, daha aqressiv idik. Sadə səhvimiz qolla nəticələndi. Təbii ki, xoş deyil. Amma komandanı toparlamaq istəyirik. Bu gün daha istəkli “Kəpəz” gördük. Komandaya yeni futbolçular cəlb olunur. Onların bir-birinə uyğunlaşması vaxt tələb edir. Növbəti turlarda qarşımıza qoyulan məqsədə çatmağa çalışacağıq”.

error: Məzmun qorunur!
Избранный
28
5
arena.az

10Источники