RU

Trendləri alt üst edən mahnının ifaçısı o imiş VİDEO

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son günlər sosial mediada trendə çevrilən “Naninay” mahnısını eşitməyən yoxdur yəqin ki. Məşhur iş adamı Emin Ağalarovdan tutmuş, tanınmış sənət adamları, blogerlər, sosial media istifadəçiləri bu mahnıya videolar çəkib.

Bəs bu mahnını kim ifa edir? Tarixçəsi nədir?

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, məşhur “Naninay” mahnısının əsl adı “Acharuli”dir və Vazha Mdzeluri ifa edir.

Mahnının sözləri və musiqisi də ifaçıya məxsusdur. Bəstə 1 həftədə iki milyondan çox izlənib və milyonlarla video çəkilib.

Vazha Mdzeluri gürcü müğənni və bəstəkardır. O, ən çox “Gafrindi”, “Acharuli” və “Deda” kimi mahnıları ilə tanınır. Mdzeluri mahnılarında müasir və ənənəvi gürcü musiqisinin harmonik birləşməsi diqqət çəkir.

Vazha Mdzeluri musiqi aranjemanları ilə də məşhurdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
2
www.bakupost.az

3Источники