12.09.2025-ci il tarixində Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 9 nəfər (7-si kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
News24.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib.
Onlara bədənin müxtəlif dərəcəli yaralanmaları, sınıq və çıxıq diaqnozları qoyulub.
Zəruri tibbi yardım göstərildikdən sonra yaralıların instrumental-diaqnostik müayinələri aparılıb.
Hazırda hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***
170 nömrəli avtobus qəzaya düşüb.
News24.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xocasən yolunda qeydə alınıb.
Belə ki, qəza nəticəsində 10-dan çox şəxs müxtəlif bədən xəsarətləri ilə paytaxt ərazisində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.