Astarada piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyat vasitəsi Astara rayonunun Ərçivan qəsəbə sakini 2008-ci il təvəllüdlü Bibixanım Əliyevanı vurub.
Xəsarət alan piyada Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. İlkin tibbi xidmət göstəriləndən sonra Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.//APA