ABŞ "Böyük yeddilik" (G7) ölkələrini dondurulmuş Rusiya aktivlərinin müsadirəsi üçün hüquqi mexanizm yaratmağa çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Vaşinqtonun təklifinə görə, Moskvaya məxsus və dəyəri təxminən 300 milyard dollar olan dondurulmuş aktivlərin böyük hissəsinin yerləşdiyi Avropa ölkələri hüquqi çərçivə hazırlamalıdır.
Bu vəsaitlərin Ukraynanın müdafiə ehtiyaclarının maliyyələşdirilməsi məqsədilə istifadə olunması nəzərdə tutulur.