RU

"İnsanlar istədiklərini deyə bilərlər, çünki açığı, bu, məni maraqlandırmır"

“Barselona”nın cinah oyunçusu Lamin Yamal ona ünvanlanan irqçi təhqirlərə əhəmiyyət vermədiyini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı vinger bunu deyib:

“Bununla necə məşğul ola bilərəm? İnsanlar istədiklərini deyə bilərlər, çünki açığı, bu, məni maraqlandırmır.

Bu, hər kəs üçün xarakterik deyil, ancaq uşaqlıqda çətin günlər keçirmiş, bəzi problemlərlə üzləşmiş insanlar üçün xarakterikdir.

Bilmirəm… Xeyr, bu, məni narahat etmir”.

Yamal 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. 18 yaşlı futbolçu may ayında Kataloniya klubu ilə 2031-ci ilin ortalarına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.

Избранный
4
sportinfo.az

1Источники