RU

Trendləri alt-üst edən mahnının ifaçısı o imiş - VİDEO

Son günlər sosial mediada trendə çevrilən “Naninay” mahnısını eşitməyən yoxdur yəqin ki. Məşhur iş adamı Emin Ağalarovdan tutmuş, tanınmış sənət adamları, blogerlər, sosial media istifadəçiləri bu mahnıya videolar çəkib.

Bəs bu mahnını kim ifa edir? Tarixçəsi nədir?

Turkustan.az Musavat.com-a istinadla xəbər verir ki, məşhur “Naninay” mahnısının əsl adı “Acharuli”dir və Vazha Mdzeluri ifa edir.

Mahnının sözləri və musiqisi də ifaçıya məxsusdur. Bəstə 1 həftədə iki milyondan çox izlənib və milyonlarla video çəkilib.

Vazha Mdzeluri gürcü müğənni və bəstəkardır. O, ən çox “Gafrindi”, “Acharuli” və “Deda” kimi mahnıları ilə tanınır. Mdzeluri mahnılarında müasir və ənənəvi gürcü musiqisinin harmonik birləşməsi diqqət çəkir.

Vazha Mdzeluri musiqi aranjemanları ilə də məşhurdur.

Избранный
13
2
turkustan.az

3Источники