RU

Astarada maşın yeniyetməni vurdu

Astara rayonunda avtomobil 17 yaşlı yeniyetməni vurub.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Ərkivan qəsəbəsi ərazisində olub.

Belə ki, avtomobil vuran şəxs qəsəbə sakini - 2008-ci il təvəllüdlü Bibixanım Elçin qızı Əliyevadır. Yaralıya əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin zəruri tibbi yardım göstərilərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə göndərilib. Vəziyyəti ağır olan pasiyent kəllədaxili travma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
11
4
manset.az

5Источники