RU

Poqba meydanlara nə vaxt qayıdacaq?

“Monakonun baş məşqçisi Adi Hütter yarımmüdafiəçi Pol Poqbanın meydana qayıdacağı vaxtı açıqlayıb.

Publika.az xəbər verir ki, onun fikrincə, DÇ-2018-in qalibi oktyabr ayında millilər üçün fasilədən sonra matçlarda iştirak edə biləcək:

“Pol Poqba ilə bağlı düşünürəm ki, biz onun meydana qayıdışını növbəti yığma oyunları fasiləsindən sonra görə biləcəyik. O, düzgün yoldadır və gündəlik gördüyü əla iş məni çox təsirləndirir. O, böyük bir peşəkardır, buna görə də ümid edirəm ki, məhz həmin dövrdə onun iştirakını görəcəyik”.

Избранный
12
publika.az

1Источники