ain.az, Konkret.az portalına istinadən məlumat yayır.
Özbəkistanın Kokand Vilayət Məhkəməsi Farqona vilayətinin sakini Huveydo Umarovanın 1895-ci il yanvarın 1-də anadan olmasını müəyyən edib.
KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistan Respublika Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Texniki cəhətdən bu, onu dünyanın ən yaşlı insanı edir.
“Özbəkistan tarixində ilk dəfə olaraq 130 yaşlı nənənin doğulması qeydə alınıb”, – nəşr yazır.
Nazirlik qeyd edib ki, bu qərar yerli Ədliyyə Nazirliyinin işi ilə bağlı Buvaida rayonunun Qarakum məhəlləsinə səfəri çərçivəsində verilib. Məhkəmə vəsatəti qəbul edib və Umarovanın doğum tarixini rəsmən qeydə alıb.
Dəniz Pənahova
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.