RU

İsti su ilə yuyulmalı olan 4 ləkə: Təmizləmək mümkünsüz olur

ain.az, News24 portalına istinadən məlumat verir.

Geyimlərdə ləkələrlə mübarizədə çox vaxt isti sudan istifadə edilir. Amma mütəxəssislər xəbərdarlıq edir ki, bəzi ləkələr isti su ilə yuyulduqda parçaya hoparaq sabitlənir və onu təmizləmək mümkünsüz olur.

News24.az xəbər verir ki, təmizləyici üzrə mütəxəssis Ceki Eşli bildirir ki, ləkənin qalıcı olmaması üçün ilk müdaxilə hər zaman soyuq su ilə edilməlidir. Onun sözlərinə görə, isti su əksinə, ləkəni yayaraq daha da çətinləşdirir.

İsti sudan uzaq tutulmalı 4 ləkə növü bunlardır:

1. Protein əsaslı ləkələr – qan, tər, süd məhsulları və yumurta isti su ilə təmasda dərhal bərkiyir. Bu zaman onu təmizləmək çox çətinləşir.

2. Ot və torpaq ləkələri – tərkibindəki üzvi maddələr isti suyun təsiri ilə parçaya yapışır. Bu səbəbdən onu da soyuq su ilə yumaq lazımdır.

3. Mürəkkəb və boya ləkələri – də isti su ilə yayıla bilər. Ləkə daxildən çölə doğru soyuq su ilə təmizlənməlidir.

4. Qırmızı şərab, çay və meyvə ləkələri – də isti suda parçaya yapışır və boya kimi qalır. Soyuq su, yüngül təmizləyici vasitə və sirkə bu halda daha təsirlidir.

İlk müdaxilə kimi həmişə soyuq su istifadə etmək ləkələrin qalıcı olmaması üçün ən yaxşı üsuldur.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
1
news24.az

2Источники