RU

Qazaxıstan irimiqyaslı hərbi təlimlərə hazırlaşır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astana, 13 sentyabr, AZƏRTAC

Qazaxıstan Silahlı Qüvvələrinin quru qoşunlarının döyüş hazırlığı proqramı çərçivəsində “Qərb” və “Şərq” regional komandanlıqlarının qoşunlarının iştirakı ilə Manqistau vilayətində “Aybalta-2025” ikitərəfli əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.

AZƏRTAC Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təlimlərdə bir sıra vilayətlərin ərazisi üzrə qüvvə və vasitələrin hərəkəti nəzərdə tutulur.

Bölmələr (şəxsi heyət və hərbi texnika) kombinə edilmiş qaydada - dəmir yolu və avtomobil nəqliyyatı ilə hərəkət edəcək, bundan sonra daimi dislokasiya məntəqələrinə qayıdacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
azertag.az

2Источники