RU

Bu xəstəlik tez tez qriplə qarışdırılır Həkim xəbərdarlıq etdi

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyalı terapevt Marina Ovsyannikova qrip və digər akut respirator virus infeksiyaları (ARVI) arasındakı fərqləri açıqlayıb.

Milli.Az xəbər verir ki, həkimin sözlərinə görə ARVI yüngül keçir və adətən rinovirus, adeno və metapnevmo virusları ilə əlaqədardır. Simptomları boğazda qıcıqlanma, asqırma, burun axıntısı, bəzən qızdırmadır.

Qripdə isə simptomlar qəfil başlayır. Temperatur 38,5°C və daha yüksək olur, 4-5 gün davam edə bilər, halsızlıq, əzələ və göz ağrıları, quru öskürək və döş qəfəsində ağrı kimi əlamətləri var.

Həkim vurğulayıb ki, aşağıdakı hallarda 

38°C-dən yuxarı temperatur 5 gündən çox davam edirsə, güclü baş ağrısı, işığa həssaslıq, dəri səpgisi, qarın ağrısı, qusma, nəfəs darlığı və döş qəfəsində ağrı kimi hallarda təxirəsalınmaz tibbi yardım tələb olunur.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
3
news.milli.az

10Источники