RU

Çarli Kirkin qatilində şübhəli bilinən şəxs istintaqla əməkdaşlığı dayandırıb

Amerikalı siyasi fəal Çarli Kirkin qətlində təqsirli bilinən Tayler Robinson müstəntiqlərlə danışmaqdan imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

T.Robinson vəkilinin gəlişindən sonra ifadə verməkdən imtina edib.

Qeyd edək ki, Çarli Kirk sentyabrın 10-da Valley Universitetində üç min tamaşaçı qarşısında çıxışı zamanı güllələnib. Polisin məlumatına görə, atəş yaxınlıqdakı kampusun damından açılıb. Siyasi fəal ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, xilas edilə bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
1
olaylar.az

3Источники