Milli Hokkey Liqası (NHL) və Milli Hokkey Liqası Oyunçuları Assosiasiyası (NHLPA) cinsi zorakılıq ittihamından bəraət qazanan beş oyunçunun dekabrın 1-dək oyunlara buraxılmaması barədə razılığa gəliblər.
İdman.biz bildirir ki, buna baxmayaraq, həmin oyunçuların oktyabrın 15-dən NHL klubları ilə müqavilə bağlamaq imkanları olacaq.
Qeyd olunur ki, hokkeyçilər bu qərardan apellyasiya şikayəti verməyəcəklərini bildiriblər.
Kanadanın gənclərdən ibarət hokkey komandasının keçmiş oyunçuları Dillon Dube, Kal Fut, Aleks Formenton, Karter Hart və Maykl Maklaud onlara qarşı irəli sürülmüş cinsi təcavüz ittihamları üzrə təqsirli bilinməyiblər.
İdman.biz