RU

"Mövzuya bir daha qayıtmayacağam" - Rəşad Sadıqov

“Çox sürətli, dinamik, keyfiyyətli oyunun şahidi olduq. "Qarabağ"la keçirdiyimiz maraqlı matçlardan biri idi. Hər iki komanda çox istəkli idi. Ona görə son saniyələrə qədər emosional oyun izlədik. Qarşılaşmanın gedişatına görə qələbə qazanmaq fürsəti yaranmışdı. Çalışdıq, istədik. Təəssüf ki, qol buraxdıq. Bizim üçün yaxşı nəticədir. "Qarabağ"dan alınan hər xal dəyərlidir. Futbolçularıma təşəkkür edirəm. Növbəti oyuna köklənməliyik”.

Bizim.Media xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 4-cü turunda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edərkən deyib.

R. Sadıqov son vaxtlar milliyə namizədliyinin irəli sürülməsinə dair suala isə cavab vermək istəməyib: “2-3 nəfər var. Hamısına suallar yönləndirilir. Mən özümü ucuzlaşmış hiss edirəm. Bir dəfə demişəm. Mövzuya bir daha qayıtmayacağam. Xahiş edirəm, bu barədə sual verməyin”

Daha sonra o, jurnalistin “Fernandu Santuş gələndə millinin qarşısına Avro-2028-ə vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. Millidə potensial görürsünüz?” sualını da cavabsız qoyub: “İki əməkdaşa cavab verməmişəm, sizə cavab versəm, onlar inciyərlər”.

Bizim.Media

Избранный
102
14
bizim.media

10Источники