RU

Banqkok və Samut Prakanda quduzluq epidemiyası qeydə alınıb

Bakı. Trend:

Tailandın paytaxtı Banqkokun doqquz rayonunda və yaxınlıqdakıSamut Prakan bölgəsində quduzluq epidemiyası baş verib.

Trend-in“Bloomberg”ə istinadən məlumatına görə, bu ərazilər oktyabrın 8-dəkyüksək risk zonası elan edilib.

Quduzluğu sahibsiz itlər yayır; Banqkokun üç rayonunda yoluxmuşheyvanlar aşkar edilib. İnsanlarda yoluxma halları hələ məlumdeyil. 2025-ci ilin əvvəlindən ölkənin altı əyalətində quduzluqsəbəbindən 7 nəfər ölüb.

Hakimiyyət sakinləri və paytaxt qonaqlarını sahibsiz it vəpişiklərlə təmasdan çəkinməyə, cızıq və ya dişləmə halında isədərhal həkimə müraciət etməyə və peyvənd olunmağa çağırıb. Quduzluqvirusu xəstə heyvanın tüpürcəyi ilə ötürülür. İnsanlarda əsasəlamətlər tənəffüs əzələlərinin qıcolması, əsəbilik, aqressiya vəən ağır hallarda ölümlə nəticələnən iflicdir.

Избранный
63
az.trend.az

1Источники